Dünyanın ən inkişaf etmiş iki dövləti yeni nəsil raketləri izləyəcək

22.08.2020 - 12:19

ABŞ və Yaponiya 2020-ci illərin ortalarında yeni nəsil raketləri aşkar etmək, izləmək, o cümlədən hipersonik texnologiyalardan istifadə edən miniatür LEO peyklərinin şəbəkəsini genişləndirməyi planlaşdırır.

Layihənin təqribən doqquz milyard dollara başa gələcəyi qeyd olunur. Tərəflər yaxın gələcəkdə əməkdaşlığın detallarını hazırlayacaqlar.

Vaşinqton 300-1000 km hündürlükdə orbitə minə yaxın kiçik müşahidə aparatının buraxılacağını nəzərdə tutub. Eyni zamanda, onlardan 200-ü raketləri aşkar etmək üçün infraqırmızı sensorlarla təchiz ediləcək.

Məlumata görə, ilk 30 eksperimental peyk 2022-ci ildə buraxılacaq.

Yaponiya da öz növbəsində bu layihəyə qoşulmağı, miniatürləşdirmə və sensor inkişafı üçün texnologiyalarını təklif etməyi planlaşdırır. O da layihəni qismən maliyyələşdirəcək.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=152757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728