Türkiyədə sel fəlakəti

23.08.2020 - 11:41

Türkiyənin Giresun vilayətində yağan güclü yağışlar daşqınlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb, Giresun-Dərəli-Sivas yolu isə bağlanıb. Giresun valisi Ənvər Ünlü 6 vətəndaşın itkin düşdüyünü bildirib.

Daxili İşlər naziri Süleyman Soylu təbii fəlakətdən sonra keçirdiyi təcili toplantıda ümumilikdə 5-i xilasedici olmaqla 12 nəfərin seldə itkin düşdüyü barədə məlumat verib. Su altında qalan yaşayış evlərinin sakinləri təxliyyə olunub. Soylunun sözlərinə görə, Dərəli rayonunda suyun səviyyəsi 2 metri ötüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=152823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728