Trampın bacısı onu təhqir edib

23.08.2020 - 11:12

ABŞ prezidenti Donald Trampın böyük bacısı Merienn Tramp-Berri qardaşını qəddar, prinsipi olmayan və yalançı adlandırıb.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Belə ki, prezidentin bacısı Meri Trampla danışığı zamanı bu sözləri işlədib. Danışıq isə Donald Trampın kiçik qardaşı qızı Merinin ailə haqqında kitabında yer alıb.

Hüquqşünas olan prezidentin böyük bacısı federal hakim vəzifəsini icra edib.

“Onun lənətə gəlmiş tvitləri və yalanları, Allahım! Mən çox açıq danışıram, amma bilirsiniz ki, onun daim mövqeyini dəyişməsi, zəif hazırlığı və yalanı. Lənət olsun! Əsas anlayışlara müraciət edir” – deyə, o bildirib.

Merienn Trampın heç bir kitab oxumadığını da qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=152839

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728