“Gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək” – Rusiyalı vitse-admiral

24.08.2020 - 12:45

“Biz yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq. Dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib”.

“Report”un məlumatına görə, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandınının müavini, vitse-admiral Vladimir Kasatonov “Dəniz kuboku” beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, “Dəniz kuboku” yarışları hər iki ölkənin dostluq və dəniz qardaşlığının rəmzidir: “Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yarışların şərtləri ildən-ilə inkişaf edir. Hesab edirik ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək. Bu, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728