Pandemiyaya görə 120 milyon insan işsiz qala bilər

25.08.2020 - 10:21

Dünyada turizm sektorunda çalışan 120 milyon insan COVİD-19 pandemiyası və onunla əlaqəli tətbiq edilən məhdudiyyətlərə görə işsiz qala bilər.

RİA Novosti xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Yer üzündə hər 10 nəfərdən biri turizm sektorunda çalışır və bu sahə yüz milyonlarla insanın dolanışığını təmin edir”, – Quterreş bildirib.

Baş katib əlavə edib ki, pandemiya turizm sənayesini iflasa uğradır. Onun sözlərinə görə, işçilərinin böyük bir hissəsi qadınlardan və gənclərdən ibarət olan mikro, kiçik və orta müəssisələr xüsusilə risk altındadır.

BMT-nin məlumatına görə, turistlərin sayı 2020-ci ildə 58% -dən 78% -ə qədər azala bilər. Bu isə ziyarətçi xərclərinin 2019-cu illə müqayisədə 1,5 trilyon dollardan 310-570 milyard dollara qədər azalmasına səbəb olacaq.(virtual.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=152916

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728