NATO-nun 18 qırıcısı Lukaşenkonu devirmək üçün havaya qalxır?

25.08.2020 - 19:33

“18 NATO F-16 qırıcısı Polşa aerodromlarından Belarus sərhədlərinə uçmağa hazırlaşır. Onların məqsədi Prezident Lukaşenkonu devirmək üçün hərbi əməliyyat keçirməkdir”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Belarusun Müdafiə naziri Viktor Xrenin dövlət başçısı Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən müşavirədə belə deyib.

Nazirin məruzəsi “Belarus-1” telekanalı ilə  translyasiya edilib.

Viktor Xrenin bildirib ki, ölkənin qərb vilayətlərinin əhalisi “yaxın qonşulardan birinin etnik və mədəni mənsubiyyətindən” bəhs edən separatçı təbliğatına məruz qaldığından mürəkkəb vəziyyət yarana bilər.

Onun sözlərinə görə, Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan destruktiv qüvvələr qərb sərhədindən keçərək Belarusa daxil ola bilərlər. Eyni zamanda, Qərbin “öz xalqının soyqırımı” anlayışı ilə hərəkətə keçəcəyi və hərbi müdaxiləyə əl atacağı barədə məlumatlar var.

“İlk növbədə, dövlət sərhədimizin bilavasitə yaxınlığında yerləşən yüksək hazırlıqlı hissələrin və bölmələrin tətbiqi ilə Belarusa hücum gözlənilir”, – deyən V.Xrenin qeyd edib ki, hava dəstəyi üçün təcavüzkarlar bu yaxınlarda Almaniyadan Polşadakı Lask aviabazasına köçürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin 18 F-16 qırıcısından istifadə edə bilərlər: “Həmin aviabazadan Belarus dövlət sərhədinə uçuş müddəti təxminən 22 dəqiqədir”.

Nazirin sözlərinə görə, Belarus ordusu təcavüzkara qarşı dərhal reaksiya verəcək və operativ hərbi qüvvələrindən istifadə edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=153006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728