Almaniya azərbaycanlı ailəni Gürcüstana deportasiya edib

26.08.2020 - 12:53

Almaniyada dörd ilə yaxın möhlət hüquq ilə yaşayan azərbaycanlı ailə ötən gün Gürcüstana deportasiya edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, iki valideyn, üç uşaqdan ibarət azərbaycanlı ailə gecə saat 4 radələrində polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yaşadıqları evdən götürülərək Münhen hava limanına gətiriliblər. Onlar buradan xüsusi təyyarə reysi ilə Gürcüstana deportasiya ediliblər. Deportasiya edilənlər arasında azərbaycanlı ailədən başqa daha 20 nəfər də olub.

Ailənin Azərbaycana yox, Gürcüstana deportasiya edilməsinə gəlincə, Almaniya Miqrasiya İdarəsi və Daxili İşlər Nazirliyi burada atanın vətəndaşlıq mənsubiyyətini nəzərə alıb. Belə ki, ailədə ata Gürcüstan, ana Azərbaycan vətəndaşıdır. Üç uşağın hər biri də Azərbaycanda anadan olublar və onlara Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilib. Lakin ailə bununla bağlı nə Azərbaycan, nə də Gürcüstan səfirliyinə müraciət edib.

Məlumat üçün bildirək ki, Almaniya Federativ Respublikası ötən həftədə koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində idarə məhkəmələrinin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə Paksitana deportasiya ediliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=153031

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728