Ukrayna əcnəbi vətəndaşların ölkəyə daxil olmasına

26.08.2020 - 19:43

Ukrayna koronavirusun yayılması təhlükəsi səbəbindən avqustun 29-dan sentyabrın 28-dək bir ay müddətinə əcnəbi vətəndaşların ölkəyə girişi üçün sərhədləri bağlayıb.

Virtualaz.org-un məlumatına görə, müvafiq təklif Baş nazir Denis Şmıqal tərəfindən irəli sürülüb.

“Xəstəliyin səviyyəsini nəzərə alaraq, həmvətənlərimizi qorumalı və əcnəbi tərəfdaşlarımıza qarşı  məsuliyyətli olmalıyıq. Hökumət bu gün əcnəbi vətəndaşların girişi üçün sərhədlərin sentyabr ayının sonuna qədər bağlanması məsələsinə baxacaq”, – deyə o bildirib.

Nəticədə, Nazirlər Kabineti sərhədlərin bağlanmasına yekdilliklə dəstək verib.

Şmıqalın sözlərinə görə, ölkəyə giriş qadağası yalnız əcnəbi vətəndaşların müəyyən kateqoriyasına – Ukraynada yaşayış icazəsi olanlar, beynəlxalq və humanitar missiyaların üzvləri, beynəlxalq heyətlər və digər şəxslərə aid olmayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=153106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728