Berlində yüzdən çox aksiya iştirakçısı tutulub

30.08.2020 - 10:41

Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən kütləvi etiraz yürüşündə polislə nümayişçilər arasında qarşıdurma yaranıb.“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə polis rəsmisi məlumat verib.

Qeyd olunub ki, artıq 100-dən çox nümayişçi polis tərəfindən saxlanılıb. Bəzi həbslər Rusiya səfirliyinin yaxınlığında aparılıb. Etirazlar diplomatik missiyanın işinə heç bir şəkildə təsir etməyib.

Bildirilib ki, etirazçıların sayı 20 minə çatıb.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=153121

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728