ABŞ İraqdakı hərbçi sayını azaldır
ABŞ Prezidenti Donald Tramp Amerikanın İraqdakı hərbçilərinin sayını azaltmaq niyyətində olduğunu bildirib.
Bu barədə Ağ Ev rəhbəri Tvitter hesabında yazıb.
“ABŞ İraqdakı hərbi mövcudluğu azaltmağı planlaşdırır”, – Tramp bildirib.
Məlumata görə, ABŞ hökuməti İraqdakı hərbi kontingentinin sayını 3,5 min nəfərə endirmək niyyətindədir. Hazırda ABŞ-ın bu ölkədə 5200 hərbçisi xidmət edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=153162