Malinin devrilmiş prezidenti xəstəxanaya yerləşdirilib
Malinin hərbçilər tərəfindən devrilmiş prezidenti İbrahim Bubakar Keyta özəl klinikaların birinə yerləşdirilib.
APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi özəl mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 75 yaşlı Keytanın vəziyyəti barədə heç bir məlumat yoxdur. Onun xaricə müalicə üçün aparılıb-aparılmayacağı da məlum deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=153422