ABŞ hakimiyyəti də seçkilərin saxtalaşdırılmasından qorxur

03.09.2020 - 15:15

“ABŞ-da bu iln noyabr ayının 3-də keçiriləcək prezident seçkilərində kütləvi şəkildə poçtla səsvermə digər ölkələri bülletenləri saxtalaşdırmağa imkanı verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə naziri Uilyam Barr CNN kanalının efirində danışıb.

Onun sözlərinə görə, poçtla səsvermə metodu xarici ölkələrə seçklərin nəticələrini öz xeyrinə dəyişdirmək üçün əla fürsət yaradıb. Lakin nazir bununla bağlı əllərində hər hansı fakt və ya sübutun olmadığını etiraf edib.

Qeyd etmək lazımdır ki, bundan öncə ABŞ prezidenti Donald Trampın özü də pandemiya ilə əlaəqdar ABŞ-da geniş miqyasda tətbiq olunması təklif edilən poçt üsulu ilə səsvermə sistemini kəskin surətdə tənqid etmişdi.

ABŞ liderini fikrincə, bu üsul nəticələri dəqiq və operativ əks etdirməyə imkan vermir. Çünki bu ortaya həm çoxlu sayda saxta bülletenlərin çıxmasına, habelə “ölü” lərin belə səsverməyə “qatılmasına” gətirib çıxaracaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=153510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728