Tramp ABŞ iqtisadiyyatını Çindən asılılıqdan qurtarmağa söz verib

08.09.2020 - 11:05

ABŞ prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə yenidən seçiləcəyi təqdirdə Birləşmiş Ştatların iqtisadiyyatını Çindən “ayıracaq” və Amerika biznesinin həmin ölkədən asılılığına son qoyacaq.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“Biz Amerikanı super istehsal dövlətinə çevirəcəyik və Çindən asılılığımızı birdəfəlik qurtaracağıq”, – deyə ABŞ rəhbəri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Birləşmiş Ştatlar Çinə güvənə bilməz.

“Biz iş yerlərini Çindən Birləşmiş Ştatlara qaytaracağıq və Amerikanı tərk etmək istəyən şirkətlər üçün tariflər tətbiq edəcəyik”, – prezident əlavə edib.

Trampın sözlərinə görə, ABŞ Çinlə iqtisadi əməkdaşlıqda “milyardlarla dollar itirir”. “Əgər biz onlarla bizneslə məşğul olmasaydıq, milyardları itirməzdik”, – dövlət başısı deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728