Yaponiyalı nazir: “Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir”

08.09.2020 - 11:39

“Koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır”.

“Report”un “Kyodo” agentliyinə istinadən məlumatına görə, bunu Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto deyib.

“Oyunlarla əlaqəli olan bütün şəxslər birgə çalışır və hazırlıq işlərini görürlər. Bu, hazırkı şəraitdə ciddi səylər ortaya qoyan idmançılara da aiddir. Biz olimpiadanı istənilən halda keçirməliyik” deyə o, əlavə edib.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts “Tokio-2020″nin koronavirus olsa da, olmasa da gerçəkləşəcəyini açıqlayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları bu il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən Oyunlar 2021-ci il 23 iyul – 8 avqusta təxirə salınıb. Bununla belə, “Tokio-2020” adı saxlanılıb.

İyunda Təşkilat Komitəsi Oyunların formatının sadələşdirilməsi lehinə çıxış edib. Yarışların üç baza prinsipi əsasında təşkili planlaşdırılır. Bunlar təhlükəsizliyin təmin olunması, xərclərin minimallaşdırılması və formatın yüngülləşdirilməsidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=153832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728