İkinci dalğa başladı: 3 kənd KARANTİNƏ ALINDI

11.09.2020 - 10:11

Çaqeri rayonunun 3 kəndi koronavirus səbəbi ilə karantinə alınıb.

 

Baxar.az xəbər verir ki, bu barədə Raca-Leçxumi və Aşağı Svaneti bölgəsinin qubernatoru, Giorgi Makaraşvili açıqlama verib.

 

Onun sözlərinə görə, kəntlərin karantinə alınmasına səbəb sözügedən kəntlərdə koronavirusa yoluxanların sayının artması olub.

 

Karantinə alınan kəndlər Çaqeri Bələdiyyəsinin Orbeli, Lacana və Lailaşi kəndləridir. Həmin kəndlərdə bu gün 7 yoluxma halı qeydə alınıb.

 

Qubernator sözügedən kəndlərdə kütləvi testlərin alınacağını bildirib.

 

Qeyd edək ki, Çaqeri Bələdiyyəsində koronavirusa yoluxanların ümumi sayı 12 nəfərdir.

 

Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria Gürcüstanda koronavirus panidemiyasının ikinci dalğasının başladığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728