Tramp: “ABŞ heç kimin bilmədiyi silah sistemlərinə sahibdir”

11.09.2020 - 10:14

“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur:

“Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”.

ABŞ lideri bildirib ki, son 3 il yarımda Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərclənib:

“Hazırda yeni raketlərimiz var. Ümid edirəm ki, bu silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız ən yaxşı vəziyyətdədir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=153978

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728