Konqoda qızıl mədəni çöküb, azı 50 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqində yerləşən “Detroyt” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb.
Hadisənin güclü yağışlar səbəbindən baş verdiyi bildirilir. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə aiddir.
Short URL: http://www.cumhuriyyet.net/?p=154045