Rusiya aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün komissiyaya müraciət edib

15.09.2020 - 15:03

Rusiyanın “Red Wings” və “Azimut” aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək üçün Aviaşirkətlərin hava nəqliyyatına qəbulu üzrə idarələrarası komissiyasına müraciət edib.

“APA-Economics”in “İzvestiya”ya istinadən verdiyi məlumata görə, bu barədə komissiyanın iclası üçün hazırlanan və “Rosaviasiya”nın saytında dərc olunan sənəddə bildirilir.

Qeyd olunur ki, koronavirus pandemiyası səbəbindən aviaşirkətlər uçuş icazələrini bağlı ölkələrə ehtiyat olaraq saxlamaq niyyətindədir. Aviadaşıyıcılar icazə sənədlərini həm yaz-yay (oktyabr ayının sonunadək), həm də payız-qış (mart ayının sonunadək) dövrü üçün ehtiyat olaraq toplayırlar.

Bundan başqa, Rusiyanın ayrı-ayrı aviaşirkətləri Belarus, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Qazaxıstan, Çin istiqamətində uçuşların yerinə yetirilməsi, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Dominikana çarter reyslərinin həyata keçirilməsi üçün komissiyaya müraciət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=154289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31