ABŞ və Ukrayna birgə hərbi təlimlərə start verib

18.09.2020 - 11:08

Rusiyanın qonşu Belarusda birgə hərbi təlimlərə başlamasından iki gün sonra – cümə axşamı Ukrayna və ABŞ birgə hərbi təlimlərə başlayıb.

ABŞ-ın Kiyevdəki səfirliyinin bildirdiyinə görə, Ukraynanın qərbindəki Yavoriv yaxınlığında keçiriləcək ABŞ ordusunun rəhbərlik etdiyi Rapid Trident təlimlərinə 10 ölkədən təxminən 4000 hərbçi qatılacaq.

Təlimlərdə sülh və sabitlik naminə ABŞ-Ukrayna strateji tərəfdaşlığının gücünü nümayiş etdirir.

Ukrayna prezidenti Volodimir Zelenski təlimlərin açılışı zamanı öz çıxışında müasir, möhkəm təchiz edilmiş və bacarıqlı Ukrayna ordusunun ölkənin sərbəst inkişafının qarantı olduğunu deyib.

Rusiya və Belarus qüvvələri təlimlərə dünən Belarusun Polşa ilə sərhədinə yaxın olan Brest bölgəsində başlayıb.

“İnterfaks” xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən təlimlərin sentyabrın 25-nə qədər davam edəcəyini və bu təlimlərin məqsədinin digər ölkələrə qarşı deyil, terrorla mübarizəyə yönəldiyini bildirib.

Qeyd edək ki, Kiyevlə Moskva arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krım yarımadasını ilhaqından və Ukraynanın Donbas regionundakı rusiyapərəst separatçılara dəstək verməsindən sonra pisləşib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154478

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930