Tramp prezident vəzifəsinə görə bütün dostlarını itirdiyini deyib

18.09.2020 - 11:10

ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yüksək dövlət postuna seçilməsinə görə özünün bütün dostlarını itirib, onları Konqres üzvləri əvəz ediblər.

Bu barədə “Report” “RİA “Novosti”yə istinadən xəbər verir.

“Mən bu posta görə özümün bütün dostlarımı itirdim. Mənim dostlarım vardı. “Ey, Don, gedək şam edək”, “Yaxşı, Riçard, gedəcəyəm”, “Hey, Don, gəl gedək”, “Oldu, Larri, sonra Nyu-Yorkda restoranda görüşək.

Bizim çox gözəl söhbətlər edirdik, siz bilməməlisiniz ki, nə haqda danışırdıq, bu sizin işiniz deyil. Amma biz rahat idik”, – Viskonsində seçicilərlə görüşdə Tramp deyib.

“Mən gözlənilmədən ABŞ prezidenti oldum. Və indi onlar mənə zəng edirlər: “Cənab prezident, cənab, nə vaxtsa görüşmək istəmirsinizmi?” Mən deyirəm: “Rahat ol. Məni sadəcə Donald çağır, sən məni 30 ildir tanıyırsan”, “Çox təşəkkür, cənab prezident”, – Tramp əlavə edib.

O, daha dostları ilə əyləşib içə bilməməsindən şikayətlənib, bununla yanaşı bildirib ki, alkoqollu içki qəbul etmir.

Trampın sözlərinə görə, indi o, dostlarını əvəz edən Konqres üzvlərinə güvənməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=154482

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31