“Der Spiegel”: Yer kürəsini gözləyən fəlakət artıq uzaqda deyil FOTO

20.09.2020 - 15:52

“Bu gün mövcud olduğumuz dünyada bir neçə bölgə var ki, onlar artıq yaşamaq üçün yararlı hesab olunmur. Uzun müddət bu fikrin özünə belə ancaq antiutopik fantastik romanlarda rast gəlmək olardı. Lakin artıq fəlakət qapıdadır və onu ABŞ-ın qərb sahillərində daha açıq şəkildə görmək mümkündür”.

Musavat.com xəbər verir ki, bu cümlə Almaniyanın “Der Spiegel” jurnalının yazarı Kurt Ştukenberqin məqaləsində yer alıb.

“Kaliforniya, Oreqon və Vaşinqton ştatlarındakı yanğınlar iqlim böhranı ilə mübarizədə daha bir əngəli – onun görünməzliyini ortadan qaldırdı. İqlimdəki istiləşmə artıq dəhşətli simasını daha əyani şəkildə göstərir. Bunu Avropadakı anormal istilərdən, ötən il Avstraliyanın az qala yarısını kül edən yanğınlardan görmək olar”, -deyə, yazıda qeyd olunub.

“Bu hər kəs üçün bir siqnal olmalıdır. Son on ildə Oreqonda 500 min hektarlıq ərazi yanmışdı. Son bir həftədə isə milyon hektarlıq ərazi külə dönüb”, – deyə, Oreqon ştatının qubernatoru Keyt Braun bildirib.

Kaliforniyada isə yüz minlərlə insan iqlim dəyişikliyinin Yer kürəsinin cənnət guşələrindən sayılan bu bölgəsini yaşamaq üçün yararsız hala gətirdiyini kədərli gözləri ilə seyr edirlər.

Kaliforniya Meşə təsərrüfatı və yanğın əleyhinə təhlükəsizlik nazirliyinin nümayəndəsi Linett Braunun sözlərinə görə, bu il ştatda yanğın mövsümü əvvəlki illərə nisbətən tam 75 gün uzanıb.

“Əgər yaxın dövrlərdə biz zəhərli karbon qazının atmosferə atılmasının qarşısını ala bilməsək, artıq 2070-ci ildə Yer kürəsinin 3,5 milyard əhalisi həyatda qalmaq mümkün olmayan regionlarda yaşamalı olacaq”, – deyə, yazıda qeyd olunub.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031