ABŞ-ın Viskonsin ştatında 12 uşaq ölümü ilə bağlı fövqəladə vəziyyət elan edilib

23.09.2020 - 11:01

ABŞ-ın Viskonsin ştatında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər sərtləşdirilib.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı ştat qubernatoru Toni Evers sərəncam imzalayıb.

Sərəncama əsasən, ştat daxilində əhalinin sağlamlığının qorunması məqsədilə fövqəladə vəziyyət elan edilib.

Həmçinin bildirilib ki, insanların sıx toplaşdığı qapalı yerlərdə 5 yaşdan yuxarı şəxslərdən maska taxmaları məcburi şəkildə tələb ediləcək.

Qubernator sərəncamda bu il ABŞ-da 100-dən çox uşağın koronavirusdan öldüyünə diqqət çəkib. Ştatda “kəskin iltihab sindromu” diaqnozu qoyulmuş uşaqlardan 12-nin ölüm faktı xəstəliyin ciddi olması ilə yanaşı, yeni növ koronavirusla da əlaqələndirilib.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 6,86 milyon insana koronavirus diaqnozu qoyulub ki, onlardan 200182 nəfər ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=154763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31