“Qarabağa Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir” – ŞƏRH

24.09.2020 - 10:44

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib.

– Advertisement –

Politoloq Zaur Məmmədov Qazet.az-a açıqlamasında bildirib ki, Rusiya bir neçə ildir ki, Lavrov planı üzərində çalışır. Lakin bu plan nə Azərbaycana, nə də Ermənistana sərf edir.

“Bölgəyə sülhməramlıların yerləşdirilməsi olmaz. Sülhməramlıları yerləşdirmək Qarabağla vidalaşmaq deməkdir. 5 rayon ümumiyyətlə müzakirə predmeti olmamalıdır. Bu isə, avtomatik olaraq araya sülhməramlıların yerləşdirilməsini rədd edir. Həmsədrlər ya beynəlxalq hüquq əsasında addım atırlar, ya da bizləri tək buraxsınlar. Əgər biz təkbətək olsaq – fəsadlarından heç bir qonşu əziyyət çəkməyəcək. Yox əgər bizi təkbətək qoymasalar o zaman aləm qarışacaq”, – deyə politoloq qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=154815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31