Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiq istifadəyə verilib

25.09.2020 - 11:22

Böyük Britaniyada koronavirus pandemiyasının yayılmasını izləyən yeni elektron tətbiqetmə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Milli Səhiyyə Sisteminə tabe olan yeni proqram koronavirusa yoluxmuş birinin yaxınlaşdığını təsbit etdikdə insanı 14 günlük özünü təcrid etməyə çağırır. Tətbiq koronavirusun daha sıx yayıldığı bölgəni ziyarət edən şəxsləri də xəbərdar edir. Elektron tətbiq 16 yaşdan yuxarı hər kəs tərəfindən istifadə oluna bilər.

Səhiyyə naziri Met Hankok, yeni tətbiqin yoluxma riski olan daha çox insanın aşkarlanmasına imkan verdiyini söyləyib. Uels və bir çox ərazilərdə tətbiqdən istifadəyə başlanılıb.

Virusa yoluxma sayının surətlə artdığı Birləşmiş Krallıqda Şotlandiyanın Birinci naziri Nikola Stercen vəziyyətlə bağlı Baş Nazir Boris Consona məktub yazaraq, daha sərt məhdudiyyətlər qoyulması üçün toplantı tələb edib.

Qeyd edək ki, Böyük Britaniyada ötən gün 6634 nəfər koronavirusa yoluxub, ölkədə virusa yoluxanların sayı 416 min 363 nəfərə çatıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=154861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31