Tramp seçkilərdə qalib gələcəyi halda İran və Venesuela ilə müqavilələrin şərtlərini sərtləşdirmək niyyətindədir

26.09.2020 - 11:20

ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İran və Venesuela ilə mümkün müqavilələrin bağlanması şərtlərini sərtləşdirməyi düşünür.

APA “CNN”-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Tehrana və Karakasa ünvanlanan belə bir xəbərdarlıqla Mayami şəhərində tərəfdarları ilə seçkiqabağı görüşdə çıxış edib.

“Mən sizə bunları deyəcəyəm: İstər İran, istərsə də Venesuela olsun – onsuz da onlar danışıqlar aparmaq istəyirlər. Hər kəs danışıq aparmaq istəyir. Amma seçkilər bitənə qədər gözləmək istəyirəm. Bir il əvvəl dedim: sizin seçim imkanınız var, danışıqları indi və ya seçkilər bitdikdən sonra apara bilərik. Ancaq seçkilərdən sonra razılıqlar daha sərt olacaq”, – Tramp belə deyib.

Amerikalı lider, həmçinin Venesuela, Kuba və Nikaraquaya qarşı fəal şəkildə birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyini xatırladıb və bunları “tarixin ən sərt sanksiyaları” adlandırıb.

“Bu ölkələrin hamısı ABŞ-la danışıqlara gələcəklər. Gözəl bir razılaşma əldə olunacaq. Seçkilər bitənə qədər gözləməliyik. Mən onlara gözləmək istədiyimi bildirdim”, – deyə Ağ Ev rəhbəri əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=154921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31