ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

27.09.2020 - 10:44

ABŞ-ın Ayova ştatının Uoterlu şəhərində baş vermiş atışma zamanı 1 nəfər həlak olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis şefi Coel Fisdjerald keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, şəhərin mərkəzi hissəsində qeydə alınan hadisə zamanı daha 11 nəfər xəsarət alıb. Coel Fisdjeraldin sözlərinə görə, “1 nəfər aldığı güllə yarasından ölüb”. Yaralılardan 8-i odlu silahdan açılan atəş nəticəsində güllə xəsarətləri alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polisin şefinin qeyd etdiyi kimi, “atışmaya hansısa münaqişə səbəb olub”. Binada motosikletçilər klublarının üzvlərinin toplaşdığı ehtimal edilir.

Fisdjerald deyib ki, çoxsaylı şahidlər var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154943

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930