ABŞ Dövlət katibi: “Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”
ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, M. Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.
“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, – deyə ABŞ Dövlət katibi qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=155096