Zəncanda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

01.10.2020 - 15:59

Sentyabrın 30-da Güney Azərbaycanın Zəncan şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumatda bildirilir ki, Zəncandakı milli-mədəni fəallar Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlara dəstək nümayiş etdirərək, “Biz Azərbaycanıq”, “Yaddan çıxmaz Qarabağ” kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Qeyd edək ki, ötən gün Ərdəbil şəhərində də bir neçə milli-mədəni fəal Azərbaycan Ordusuna dəstək aksiyası keçirib.

Onu da qeyd edək ki, bu gün Təbriz vaxtı ilə saat 17:00-da Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəncan, Urmiya şəhərlərində, eyni zamanda İranın paytaxtı Tehranda “Qarabağa dəstək və Azərbaycan ordusuna dəstək” mitinqlərinin keçiriləcəyi bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=155196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31