Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək

04.10.2020 - 15:51

Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.

Trend-in məlumatıma görə, belə bəyanatla Xorvatiya parlamentinin deputatı, Xorvatiya-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvü Veljko Kajtazi çıxış edib.

O, Azərbaycanlı həmkarlarına ünvanladığı məktubda son günlər Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib: “2013-cü ildə Azərbaycanla imzaladığımız Zaqreb Bəyannaməsində Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabonda keçirilmiş sammitinin suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına əsaslanan üç prinsipinə uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan 3-cü bəndini qeyd etmək istəyirəm. Təhlükəsizlik Şurasının müvafiq 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməliyik. Gələn məlumatlarda Tərtər, Daşkəsən, Füzuli və Naftalan şəhərlərinə hücumlar nəticəsində bir çox mülki şəxslərin evləri, şəhər infrastrukturu, xəstəxanalar və inzibati binalar dağıdılmış, günahsız insanlar həlak olmuşdur. Naftalanda beş nəfərdən ibarət bütün ailə həlak olub. Mülki şəxslərin həlak olması Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155391

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31