Bu gün Rusiya Prezidenti 68 yaşını qeyd edir
Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 7-də – bu gün 68 yaşı tamam olur.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, o, dövlət başçısı olaraq 16-cı dəfə doğum gününü qeyd edəcək.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident günün birinci yarısında xidməti işləri ilə məşğul olacaq, günün ikinci yarısını isə ənənəvi olaraq dostları və ailəsi ilə keçirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=155569