Donald Trampın daha bir müşaviri koronavirusa yoluxdu

07.10.2020 - 15:31

ABŞ prezidenti Donald Trampın daha bir köməkçisində koronavirus aşkarlanıb.

Musavat.com xarici agentliklərə isitnaədn xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Mən son 5 gündə özünütəcrid rejimində çalışdım.Doğrudur, dünənə qədər mənim analizlərim yalnız mənfi nəticə verirdi. Lakin artıq bu gün xəstəxanadan “COVİD-19” testimin müsbət olduğu barədə raport gəlib. Bu səbəbdən mən tam karantinə çəkilmişəm”,-deyə Stiven Miller yazıb.

Qeyd edək ki, bu günlərdə ABŞ-ın vitse-prezident Maykl Pensin mətbuat katib, Stiven Millerin xanımı Keti Millerin də infeksiyay məruz qaldığı məlum olmuşdu. Bundan başqa ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O`Brayendə koronavirus aşkarlanmışdı. ABŞ mediası Ağ Evin mətbuat xidmətinin bir sıra əməkdaşlarının da COVİD-19 virusuna yaxalandıqlarını xəbər edib.

Son bir neçə gündə əvvəllər Birləşmiş Ştatların başqa dövlət rəsmilərində koronavirusun tapıldığı xəbərləri gündəmi zəbt edib. Bunların arasında Donald Trampın keçmiş müşaviri Kellienn Konuey, 3 respublikaçı-senator, Respublkaçılar partiyasının Milli komitəsinin sədri Ronna Makdeniel, Ağ Ev rəhbərinin seçkiqabağı kampaniyasını meneceri Uilyam Stepin, Donald Trampın şəxsi köməkçisi Nika Lun, Ağ Evin mətbuat katibi Keyli Makinen və onun 4 müavinini göstərmək olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=155599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31