Qırğızıstan parlamentinin spikeri müxalifətçi deputat oldu
Qırğızıstanın müxalifətdə olan “Bir Bol” (“Bir ol”) parlament fraksiyasının rəhbəri Mıktıbek Abdıldayev ölkə parlamentinin spikeri təyin edilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Joqorku keneş” (parlament-red.) deputatları ölkədə yaranan siyasi böhranın fonunda “Dosstuk” otelində keçirdiyi fövqaladə iclasda belə bir qərar qəbul edib.
M.Abdıldayev bu postda dünən istefa verən Dastanbek Cumabekovu əvəz edib. Bundan başqa, parlament müxalifətin daha bir nümayəndəsi Sadır Japarovun baş nazir vəzifəsinə rəli sürlüməsi ilə bağlı prosedurunu gözdən keçirib.
“Bir Bol” parityası Qırğızıstanın müxalif siyasi güclərini formalaşdırdığı koordinasiya şurasına daxildir.
Short URL: http://www.cumhuriyyet.net/?p=155601