Polşa “Qazprom”a milyardlarla dollarlıq cərimə kəsib

07.10.2020 - 15:35

Polşa dövlətinin antiinhisar nizamlayıcısı “UOKİK” Rusiyanın “Qazprom” şirkətini 7,7 milyard dollar məbləğində cərimələyib.

Musavat.com
 xarici agentliklərə istinadən xəbər verir ki, Polşanın rəsmi qurumu bunu “Şimal axını-2” layihəsinin tikintisi ilə əsaslandırıb.

Rəsmi Varşava bundan başqa Rusiyanın qaz monopolisti ilə birlikdə hərəkət edən daha 5 şirkəti 61 milyon dollar məbləğində cərimələyib. Bundan başqa “UOKiK” həmin firmaların üzərinə “Qazprom”la imzaladıqları sazişləri pozmaq öhdəliyini də qoyub.

Quru rəhbəri Tomaş Xrustnının sözlərinə görə bəhs edilən podratçı şirkətlər, bununla bağlı Polşa dövlətinə 30 gün ərzində rəsmi arayış verməlidirlər.

Rusiya “Qazprom”u xəbərə sərt təpki göstərərək, Polşa dövlətinin mövqeyi ilə qəti şəkildə razı olmadığını bildirib. Onlar bu qərarı məhkəmədə mübahisələndirəcəklərini vurğulayıblar.

“Qazprom” şirkətinin fikrincə, cərimənin böyüklüyü Polşanın əslində “Şimal axını-2” layihəsinə hər vəchlə mane olmaq niyyətindən xəbər verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=155603

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31