ABŞ-da 11 yaşlı yeniyetmə məktəb avtobusunu qaçırıb

12.10.2020 - 10:20

ABŞ-ın Luiziana ştatının Baton-Ruj şəhərində on bir yaşlı oğlan məktəb avtobusunu qaçırıb.

“Report”un məlumatına görə, bu barədə polisə istinadən yerli WBRZ telekanalı xəbər verir.

Məlumata görə, yeniyetmə avtobusa soxulub və mühərriki işə salıb. Polis yerli vaxtla təxminən saat 11:00-də (Bakı vaxtı ilə saat 20:00-red) qaçırılmış avtobusu təqib etməyə başlayıb. Avtobus təxminən yarım saat sonra əvvəlcə qaz kəmərinə, sonra isə ağaca çırpılıb.

Polislər avtobusu mühasirəyə alıblar, yeniyetməni nəqliyyat vasitəsindən çıxararaq qollarını qandallayıblar.

On bir yaşlı oğlan avtomobil oğurluğu və ağırlaşdırılmış zorakılıq da daxil olmaqla, bir neçə ittiham üzrə yetkinlik yaşına çatmayanların saxlanması mərkəzinə aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155865

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31