Bişkekdə fövqəladə vəziyyət rejimi uzadıldı

12.10.2020 - 16:23

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov paytaxt Bişkekdə fövqəladə vəziyyət rejiminin müddətini yenidən uzadıb.

“Report” “24.kg”ya istinadən xəbər verir ki, məlumatı Qırğız Respublikası prezidentinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 2020-ci il oktyabrın 12-dən 19-dək saat 20:00-dan 07:00-dək Bişkekdə fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

Qırğızıstan daxili işlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekin komendantı təyin olunub.

Qeyd edək ki, S.Jeenbekov tərəfindən Bişkekdə fövqəladə vəziyyət rejimi birinci dəfə oktyabrın 9-da təyin olunsa da, deputatlar toplaşmadığı üçün parlament bu sərəncamı təsdiqləməmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155916

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930