Avropada koronavirusun ikinci dalğası başlayıb – Azərbaycan necə qorunur?

13.10.2020 - 09:53

Alimlər qeyd edir ki, son bir ayda koronavirus mutasiyaya uğrayıb və yoluxuculuğu artıb

Avropada koronavirus sürətlə artmaqda davam edir. Məsələn, təkcə son iki həftə ərzində Latviyada koronavirusa yoluxma sayı səkkiz dəfədən çox artıb. Halbuki bu ölkədə yay ərzində yoluxma halları demək olar ki, eyni səviyyədə qalmışdı. Son iki həftədə vəziyyət birdən-birə dəyişib. Ekspertlərin proqnozlarına görə, yoluxma halları artmaqda davam edəcək. Bu səbəbdən də qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılır.

Bundan əvvəl pandemiyanın öhdəsindən sürətlə gəldiyinə görə alqışlanan Çexiya Respublikasında da vəziyyət pisləşir. Artıq ölkədə 100 mindən çox yoluxma, 900-dən çox ölüm halı təsdiqlənib. Hökumət ölkədə koronavirusla bağlı qadağaları möhkəmləndirməyə başlayıb.

Britaniyada isə pab və restoranların yenidən bağlanmasının nəzərdən keçirildiyi bildirilir. Bu günə qədər ölkədə 603 mindən çox insan virusa yoluxub, 42 min nəfər isə virusdan vəfat edib.

Dünyada koronavirüs vaka sayısı 25 milyonu aştı | DÜNYA | DW | 31.08.2020

Eləcə də İspaniyada da yoluxma sayı sürətlə artmaqdadır. Hökumət paytaxt Madriddə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı müzakirələr aparır. Qeyd edək ki, İspaniyada indiyə qədər 32 mindən çox insan virusdan dünyasını dəyişib.

İsraildə isə son günlərdə gündəlik yoluxmalar azalan xətt üzrə gedir. Üç həftədir ölkədə ümumi karantin elan olunub. Son həftələr 9 min yoluxma qeydə alınırdısa, indi bu rəqəm 3 min nəfərə qədər düşüb.

Xatırladaq ki, pandemiyanın ilkin dövründə İsraildə sərt karantin tədbirləri həyata keçirilmişdi və nəticədə vəziyyətə nəzarət olunurdu. Lakin may ayının sonunda qadağalar yumşaldılan kimi yoluxma sayı da kəskin artmağa başladı.

Alimlər qeyd edir ki, son bir ayda koronavirus mutasiyaya uğrayıb və yoluxuculuğu artıb. Amerikalı araşdırmaçılara görə virusun insan hüceyrəsinə yapışmaq üçün istifadə etdiyi “tikanları”nın sayı artıb. Bu səbəbdən yoluxma sayı sürətlə artmağa başlayıb. Digər iddialara görə isə virusun yoluxdurucu qabiliyyəti artsa da, öldürücülük qabiliyyəti aşağı düşməyə başlayıb. Bəs səbəb nədir? Dünya alimləri bunu daha çox virusun mutasiyaya uğraması ilə əlaqələndirir.

Azərbaycana gəldikdə isə ekspertlər son dövlər koronavirusla bağlı ölkədəki vəziyyəti stabil qiymətləndirirlər. Lakin son olaraq 11 oktyabr tarixi üçün verilən statistika bir qədər təşviş yaratmağa başlayıb. Belə ki, son bir neçə həftə idi ki, ölkədə virusa yoluxma sayı 90-190 arasında dəyişirdisə, 11 oktyabrda bu rəqəm 230 oldu. Koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər isə vəfat edib.

Ümumiyyətlə isə indiyədək ölkədə ümumilikdə 41 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 357 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib, aktiv xəstə sayı 2 016 nəfərdir.

Lakin bununla belə, bu bir faktdır və sevindirici haldır ki, koronavirusun ikinci dalğası Avropa və digər ölkələri “vursa”da Azərbaycandan yan keçdi. Səbəb nədir?

Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb:

“Azərbaycanda birinci dalğa zamanı çox uğurlu tədbirlər sistemi həyata keçirildi. Düşünürəm ki, aparılan tədbirlər, o cümlədən həm müalicə üsulu, həm də profilaktik tədbirlər çox uğurlu oldu və əhalimiz də bəzi məqamları çıxsaq,  ümumən qoyulan qaydalara, təlimatlara müəyyən qədər əməl etməyə çalışdı.

Məlum olduğu kimi, bugünlərdə ölkəmizdə müharibə, qələbə əhval-ruhiyyəsi yaşanır. Buna baxmayaraq, şahidi oluruq ki, insanların böyük bir qismi maska ilə gəzir, məsafə saxlayır.

Xatırlayırsınızsa, 14-15 iyul günlərində minlərlə vətəndaşımız küçələrə çıxaraq, Qarabağla bağlı çağırışlar etdi, sıx toplaşdılar. Qarabağ problemi sanki insanlara koronavirus pandemiyasını unutdurmuşdu. Həmin vaxt böyük həyəcan var idi ki, minlərlə insanın bir yerdə olması  yoluxma sayını artıracaq. Lakin bir qədər sonra yoluxma sayının artmadığının şahidi olduq. Bu da onu göstərir ki, insanların daxilində olan ruh yüksəkliyi onların  immun sisteminə təsir göstərir. Beləliklə, Ordumuzun  göstərdiyi şücaət xalqımızın, vətəndaşlarımızın ruhuna yansıyır, toplumun ümumən immun sisteminə pozitiv təsir edir və hesab edirəm ki, bu minvalla  ermənilərlə yanaşı koronavirusa da qalib gəlmək şansını qazanacağıq”.

Zülfüqar Yusifov “koronavirusun öldürücü qabiliyyəti aşağı düşür” iddiasına da münasibət bildirib:

“Təbii olaraq virusda mutasiya  prosesi gedir. Şahidi oluruq ki, bu virus ayrı-ayrı ölkələrdə özünü başqa cür göstərir və artıq öldürücü qabiliyyəti də zəifləyib. Bunun səbəbi isə odur ki, bu müddət ərzində tibb bu virusla yaxından tanış oldu və xəstəliyin gedişatı zamanı kənara çıxmaların qarşısı alınmağa başlayıb. Artıq öyrənilib ki, virus hansı istiqamətdə sağlamlığa daha şiddətli zərər vura və ya öldürücü ola bilir. Yəni artıq ortada kifayət qədər bilgilər, ciddi yanaşmalar, protokolar var. Və bu protokollar hər gün daha da təkmilləşir. Artıq koronavirusun ortaya qoyduğu pnevmoniya bizim tanış olduğumuz digər pnevmoniyalar kimi sırada öz yerini tapmış oldu. Bu baxımdan da koronavirusun öldürücü qabilliyyətinin aşağı düşdüyünü demək olar. Bir daha qeyd edim ki, bu məsələdə həm mutasiya, həm də səhiyyənin artıq onu tanıyaraq daha yaxşı tədbirlər görə bilməsi öz rolunu oynayıb. Pandemiyanın başladığı ilk günlərdə hətta virusun hədəflərinin hansı orqanlar olması çox müəmmalı idi. Lakin getdikcə araşdırmalar həddən artıq çoxaldı,  yeni yanaşmalar ortaya qoyuldu ki, bu da virusun vurduğu zərbəni daha yumşaq şəkildə keçirməyə kömək oldu”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31