“Alman Bukeri”nin qalibi məlum olub

13.10.2020 - 15:46

Alman kitab mükafatının (Deutscher Buchpreis) 2020-ci il üzrə qalibi yazıçı Anne Veber olub.

APA-nın “Gorky.media”ya istinadən verdiyi xəbərə görə, o, mükafata “Annet, qəhrəman haqqında epos” (“Annette, ein Heldinnenepos”) adlı bioqrafik əsərinə görə layiq görülüb.

Alman kitab mükafatının qalibi 25 min avro qazanır.

Anna Veber 1964-cü ildə anadan olub. Hazırda Parisdə yaşayan yazıçı alman və fransız dillərində yazır. Onun “Annet, qəhrəman haqqında epos” əsəri 2020-ci ildə çap olunub.

Qeyd edək ki, bu il qələbə uğrunda 6 finalçı yarışıb.

Xatırladaq ki, hər il alman dilində yazılmış ən yaxşı roman müəllifinə verilən “Deutscher Buchpreis” 2005-ci ildə təsis  olunub. Almaniya, Avstriya və İsveçrə yazıçıları arasında əsas ədəbi mükafat hesab edilir və “Buker” mükafatının alman variantı sayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=155987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31