İspaniyada kişilər və qadınlar bərabər maaş alacaqlar

14.10.2020 - 10:12

İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

“Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər”, – o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib.

Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.

Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) “Unidos-Podemos” koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=156004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31