Bostonda Ermənistanın işğalçı hərəkətləri ilə bağlı plakatlar yayılıb

14.10.2020 - 15:40

Xarici ölkələrdə yaşayan azərbaycanlılar işğalçı Ermənistana kəskin etirazlarını bildirmək məqsədilə dünyanın iri şəhərlərində müxtəlif aksiyalar keçirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən məlumata görə, belə aksiyalardan biri də ABŞ-ın Boston şəhərində həyata keçirilib. Massaçusets ştatında yaşayan soydaşımız Həmid Rəhimlinin təşəbbüsü ilə şəhərin müxtəlif mərkəzi küçələrində 200-ə qədər plakatlar yerləşdirilib. Bu plakatlarda Ermənistanın baş nazirinin Dağlıq Qarabağdakı qondarma rejimin başçısı ilə birlikdə Azərbaycanın mülki əhalisinin, o cümlədən körpə uşaqların qatili olduqlarını sübut edən şəkillər, “Ermənistanı dayandırın!”, “Ermənistanın təcavüzünə son qoyulsun!” və s. şüarlar əks olunub.

Bu addımla həmvətənlərimiz bostonluların diqqətini Ermənistanın ölkəmizə qarşı işğalçı, təcavüzkar və terror siyasətini dövlət səviyyəsində həyata keçirməsinə, bütün beynəlxalq hüquqları və bəşəri dəyərləri kobudcasına pozmasına, təkcə cəbhə zonasında deyil, Azərbaycanın cəbhə bölgəsindən uzaq şəhər və rayonlarında da mülki vətəndaşları yaşamaq haqqından məhrum etməsinə cəlb edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156062

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930