Amerikalı jurnalistdən ermənilərə tərs sillə: “Ümid edirəm ki, öləcəksiniz”

15.10.2020 - 16:49

Ermənistan mətbuatı yazır ki, Los-Ancelesdə ermənilər kütləvi etiraz aksiyası keçiriblər. Yerli “CBS Studios” kanalı isə aksiyanı ermənilərin istədiyi kimi işıqlandırmayıb. Hətta TV-nin iki əməkdaşı ermənilərə qarşı təhqiramiz münasibət sərgiləyiblər. Əməkdaşlardan biri isə daha da “dərinə gedib” və ermənilərə müraciətlə “ümid edirəm ki, siz öləcəksiz” deyib.

Musavat.com xəbər verir ki, arzu etdikləri münasibətin əksi ilə qarşılaşan Los-Anceles erməniləri “CBS Studios” TV-nin stansiyasına hücum ediblər. TV-nin binası qarşısında izdihamlı mitinq keçirilib. Sonda “CBS Studios” TV-nin rəhbərliyi bəyan edib ki, ermənilərə qarşı kobudluq edən əməkdaşlardan ikisi işdən kənarlaşdırılıb. Çünki onların davranışı TV-nin söykəndiyi humanist dəyərlərə ziddir.

Bir daha vurğulamaq istərdim ki, bu xəbəri Ermənistan mətbuatı (news.am) yayıb.
Ümumiyyətlə, son hadisələr zamanı Qərb mətbuatında ermənilərin adət etdiyi xoş münasibət ciddi şəkildə deformasiyaya uğrayıb. Bir vaxtlar birmənalı şəkildə ermənilərin yanında yer alan Qərb mətbuatı indi hadisələri daha obyektiv işıqlandırır.

Bu isə özünü ərköyün uşaq kimi aparan erməniləri daha da qıçıqlandırır. Yuxarıda diqqətinizə çatdırdığımız xəbər məhz bu tendensiyanın təzahürü kimi qəbul olunmalıdır. Artıq vəziyyət o həddə çatıb ki, ermənilər “Balaca Ermənistan” adlandırdıqları Los-Ancelesdə belə təbliğat müharibəsini uduzurlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156134

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031