Gürcüstan XİN: Hava məkanı ilə bağlı qanunu pozan tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək

17.10.2020 - 15:24

“Gürcüstanın hava məkanı ilə  mümkün hərbi daşınmalar barədə yayılan məlumatlar spekulyasiyadır”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

“Təəssüf ki, son günlər mətbuatda Gürcüstanın hava məkanından mümkün hərbi daşınmalarla bağlı fərziyyələr davam edir. Bildiyiniz kimi, Gürcüstan hava sahəsini hərbi uçuşlar üçün bağladı və bu barədə açıq şəkildə bildirdik. Mülki və humanitar uçuşlara gəlincə, Gürcüstan bu istiqamətdə beynəlxalq öhdəliklərini yerinə yetirir”.

Bəyanatda qeyd olunub ki, Gürcüstan hava məkanında uçuşlar beynəlxalq normalara və ICAO qaydalarına tam uyğundur.

Bildirilib ki, Gürcüstan hava məkanı ilə uçuşlar həyata keçirən tərəflər Çikaqo Konvensiyasının tələblərinə uyğun mülki uçuşlar həyata keçirməkdə məsuliyyət daşıyırlar və əgər bununla əlaqədar pozuntu aşkarlanarsa, əsaslı dəlillər varsa, Gürcüstan sərt reaksiya göstərəcək və qanun pozuntusuna yol verilmiş tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=156237

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31