İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı

18.10.2020 - 10:58

I qan qrupundan olan insanların koronavirusa yoluxma ehtimalı digərlərindən daha azdır, xəstəliyin gedişatının şiddəti də bundan asılıdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Blood Advances” jurnalında məqalə dərc olunub.

Danimarkalı mütəxəssislər COVID-19 testindən keçmiş 473 mindən çox insanın məlumatlarını müqayisə etdikdən sonra belə bir nəticə ilə çıxış ediblər.

Alimlər bunu birinci qan qrupunda virusun bədənə girməsinə imkan verən eritrosit antigenlərinin olmaması ilə izah edirlər.

Bundan əvvəl Çin, ABŞ və İrandan olan tədqiqatçılar ikinci qan qrupu olan insanların koronavirusun səbəb olduğu ağırlaşmalardan ölmə ehtimalının daha yüksək olduğu qənaətinə gəlmişdilər. Üçüncü və dördüncü qan qrupları olan xəstələr daha az riskə malikdirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=156284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31