Vyetnamda torpaq sürüşməsi nəticəsində 22 hərbçi dağıntı altında qalıb

18.10.2020 - 15:04

Vyetnamda son günlər yağan şiddətli yağışların əmələ gətirdiyi torpaq sürüşməsi nəticəsində ən azı 22 hərbçi dağıntı altında qalıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Vyetnamın mərkəzi hissəsində yerləşən Quanqtri vilayətində səhər saatlarında baş verib. Sürüşmə nəticəsində Vyetnam ordusunun 4-cü korpusuna aid hərbi hissənin birinin kazarması dağılıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Bir neçə gün əvvəl qonşu vilayətdə baş verən sürüşmə nəticəsində çoxu hərbçi olmaqla 13 nəfər ölüb.

Qeyd edək ki, oktyabrın əvvəlindən bəri Vyetnamda güclü yağışlar müşahidə olunur. Bu cür hava şəraitinin əmələ gətirdiyi torpaq sürüşməsi, palçıq axını, daşqın və sel ümumilikdə, 64 nəfərin ölümünə səbəb olub, bir neçə nəfər itkin düşüb. Quanqtri vilayətində çaylarda suyun səviyyəsi son 20 ildə ən yüksək həddə çatıb. Sinoptiklər şiddətli yağışların bir neçə gün davam edəcəyini bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156300

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031