BMT: 2020-ci ildə dünya ticarətindəki azalma 7-9% həcmində olacaq

21.10.2020 - 15:41

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə dünya ticarətində azalma keçən ilə nisbətən 7-9% təşkil edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu proqnoz çərşənbə günü BMT Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən verilib.

“UNCTAD, üçüncü rübdə yaxşılaşma əlamətlərinə baxmayaraq 2020-ci il üçün qlobal ticarətdə% 7 ilə% 9 arasında bir azalma proqnozlaşdırır” dedi.

2020-ci ilin üçüncü rübünün yekunları üzrə dünya ticarətində keçən ilin eyni dövrünə nisbətən 5%-lik azalma qeydə alınıb. Amma bu nəticə azalmanın 19%-ə çatdığı ikinci rübə nisbətən xeyli yaxşıdır. Dördüncü rübün ilkin proqnozlarına görə, dünya ticarəti “qırmızı zona”dan çıxa bilməyəcək və 2019-cu ilin dördüncü rübünə nisbətən 3% az olacaq.

UNCTAD Çində ticarətdə əlamətdar canlanma olmasına diqqət yetirib.

“Pandemiyanın ilk aylarında geriləmə yaşayan bu ölkənin ixracatı ikinci rübdə sabitləşib və üçüncü rübdə güclü şəkildə artıb”, – bülletendə deyilir. Ekspertlər 2020-ci ildə Çinin ticarətində təxminən 10% həcmində artım olacağını proqnozlaşdırır. “Digər böyük iqtisadiyyatlardan fərqli olaraq, Çin idxalatı iyul və avqust aylarında sabitləşib və sentyabr ayında 13% artıb”, – UNCTAD vurğulayıb.

Koronavirusla mübarizə ilə əlaqəli tibbi ləvazimat ticarəti aprel ayından bəri orta hesabla 50%-dən çox artıb. Bülletendəki məlumata görə, bu artımdan ilk növbədə adambaşına düşən gəliri yüksək olan ölkələr qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=156426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728