İspaniyaya koronavirusa qarşı 31 milyon dozalıq vaksin gətiriləcək

22.10.2020 - 10:40

İspaniyaya cari ilin dekabr ayından 2021-ci ilin iyun ayınadək 31 milyon dozalıq vaksin gətiriləcək.

AZƏRTAC İspaniyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sözügedən vaksin “AstraZeneca” Britaniya-İsveç əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Avqustun 27-də Avropa Komissiyası “AstraZeneca” şirkəti ilə bir sıra ölkələri 300 milyonluq doza almağa məcbur edən müqavilə imzalayıb. Müqaviləyə əsasən, İspaniya 31 milyon 555 min 469 dozalıq vaksin almaq haqında öhdəlik götürüb.

Dekabr ayında ölkəyə ilk partiyanın, 3 milyon dozalıq vaksinin gətiriləcəyi gözlənilir. Bir dozanın orta qiyməti 2,9 avro hesablanıb. Həmin məbləğin 1,12 avrosu Avropa Komissiyası nəzdindəki xüsusi fond tərəfindən ödəniləcək. Digər xərclər isə, müqaviləni imzalamış ölkələrin büdcələri hesabına ödəniləcək.

Peyvəndlərin aparılması üçün 2 doza tələb olunur. Bu səbəbdən COVID-19-a qarşı “AstraZeneca” vaksini ilə 15 milyondan bir az çox ispaniyalı peyvənd oluna biləcək. Peyvəndin ümumi dəyəri 5,8 avro təşkil edəcək.

İspaniyanın Səhiyyə naziri Salvador İlya mətbuat konfransında qeyd edib ki, vaksin bütün sınaqlardan keçdiyi, etibarlılığı və effektivliyi elmi cəhətdən sübut olunduğu, habelə müqavilədə göstərilən rəqəmlərdə dəyişiklik olmadığı təqdirdə dekabr ayında krallıq ilk dozaları alacaq.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, İspaniyada koronavirusa yoluxanların sayı 988 min 322 nəfər, ölənlərin sayı isə 34 min 210 nəfər təşkil edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156446

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930