ABŞ İrana mane olmaq üçün 5 milyon ABŞ dolları ayıracaq

23.10.2020 - 10:23

ABŞ Dövlət Departamenti İranın raket potensialının yaxşılaşdırılmasına qarşı yönəlmiş proqrama 5 milyon ABŞ dolları ayırmaq niyyətindədir.

Report RT-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun sənədində deyilir.

Dövlət Departamentindən qeyd edilib ki, İran raket potensialını yaxşılaşdırmağa davam edir və Tehranın bu kimi fəaliyyəti, amerikalı ekspertlərin fikrincə, ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Dövlət Departamenti həmçinin nüvə silahlarının qanunsuz daşınması və yayılmasının maliyyələşdirilməsinə, həmçinin ballistik raketlərin hazırlanması ilə bağlı kibercinayətkarlıq və texnologiyaların və materialların ötürülməsinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında maraqlıdır.

Proqramın şərti olaraq 1 oktyabr 2021-ci ildə başlanılması planlaşdırılır. Təşəbbüsün həyata keçirilmə müddəti 12 aydır, ümumi büdcə 5 milyon ABŞ dollarıdır (25 min – 250 min dollar aralığında dəyişən qrantlar).

Müsabiqədə iştirak etmək üçün kommersiya və ya qeyri-kommersiya təşkilatları, özəl və dövlət təhsil müəssisələri, beynəlxalq təşkilatlar müraciət edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156476

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930