Kremldən ABŞ-ın Dağlıq Qarabağda atəşkəs bəyanatına münasibət bildirilib

26.10.2020 - 15:17

“Kremldə Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər və hesab edirlər ki, bu münaqişənin sülh yolundan başqa həlli ola bilməz”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hazırda biz münaqişə tərəflərinin təmas zonasındakı vəziyyəti diqqətlə izləməyə davam edirik. Əvvəlki kimi, hesab edirik ki, bu problemin sülh yolundan başqa həll yolu ola bilməz”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Dmitri Peskov ABŞ-ın Dağlıq Qarabağ münaqişə zonasında atəşkəslə bağlı bəyanatına da münasibət bildirib: “Qarabağ böhranının nizamlanması prosesi çox kəskin mərhələdədir. Bu münaqişə hansısa qarşıdurma və rəqabət üçün yer olmamalıdır. Əlbəttə ki, Rusiya həmsədr ölkə kimi müharibəni dayandırmağa kömək edəcək bütün addımları alqışlamağa hazırdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=156631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728