Rusiyada bir gündə 18 mindən çox yoluxma qeydə alındı
Rusiyada koronavirusa yoluxanların sayı 1,59 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 18 283 nəfər virusa yoluxub, 355 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 599 976 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 656 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 200 560 nəfər virusdan sağalıb, 371 760 nəfərin müalicəsi isə davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=156749