Trampın qərargahı daha 2 ştatla bağlı məhkəməyə müraciət edə bilər

05.11.2020 - 15:39

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qərargahı Arizona və Nevada ştatlarında səslərin sayılması ilə əlaqədar məhkəməyə müraciət etmək ehtimalını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə görə, qərargah nümayəndələri təkcə nəticələrlə bağlı mübahisə yaratmaq istəmirlər, həm də bu yolla bu ştatlarda səslərin sayılmasını ləngitmək üçün vaxt udmağa çalışa bilərlər.

Eyni zamanda, digər mənbə telekanala bildirib ki, Trampın qərargahı həmçinin Corciya ştatında uduzacağı təqdirdə də yenidən sayma tələb edəcək.

Qeyd edək ki, bundan əvvəl Trampın qərargahı səslərin sayımına giriş olmadığına görə Miçiqan və Pensilvaniyada səslərin sayılmasının dayandırılması üçün məhkəməyə müraciət edib. Qərargah həmçinin həlledici ştatlardan olan Viskonsində səslərin yenidən sayılmasını da tələb edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930