Yeni Zelandiyada Baş nazir Casinda Ardernin rəhbərlik etdiyi hökumət fəaliyyətə başlayıb

07.11.2020 - 15:30

Yeni Zelandiyanın Baş naziri Casinda Ardernin rəhbərlik etdiyi yeni hökumət and içib. Bundan sonra Nazirlər Kabinetinin ilk iclası keçirilib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ötən ay keçirilmiş seçkilərdə 1990-cı ildən bəri Yeni Zelandiyada ilk dəfə yalnız bir partiyanın qalib gəlməsindən sonra general qubernator Petsi Reddi Leyboristlər Partiyasından olan 20 nəfər hökumət üzvünün andını qəbul edib.

“Biz bütün yeni zelandiyalıların hökuməti olacağıq”, – deyə Baş nazir Casinda Ardern Nazirlər Kabinetinin ilk iclasından sonra keçirilən mətbuat konfransında bəyan edib.

Bu həftənin əvvəllərində hökumətin yeni tərkibini elan edən C.Ardern onun “çox rəngarəng” olduğunu bildirib. Belə ki, hökumətin yeni tərkibində ilk dəfə yerli xalqın nümayəndəsi və xarici işlər naziri vəzifəsini tutan Nanaya Mahuta da daxil olmaqla 8 qadın var.

Hökumətin qarşısında duran vəzifələrə toxunan Baş nazir deyib: “Bizim qarşımızda çox ciddi problemlər var, lakin mən əminəm ki, bizim bu vəzifələri həll etməyə qadir olan komandamız da var”.

Qeyd edək ki, Yeni Zelandiya qanunlarına əsasən, hökuməti müstəqil formalaşdırmaq üçün istənilən partiyanın parlamentdəki 120 yerdən 60-nı tutması kifayətdir. Baş nazir C.Ardernin rəhbərlik etdiyi Leyboristlər Partiyası son seçkilərdə 64 yer qazanıb.

Baş nazir Yeni Zelandiya parlamentinin noyabrın 25-də rəsmi olaraq fəaliyyətə başlayacağını da elan edib.

Bununla yanaşı, hakim Leyboristlər Partiyasının keçmiş hökuməti birlikdə formalaşdırdığı “Yaşıllar” partiyası ilə ötən həftə “Qarşıdakı 3 ildə iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi və uşaqların rifah halının yaxşılaşdırılması kimi məsələlər barədə birgə fəaliyyət” haqqında yeni müqavilə imzaladığı da bildirilir.

Xatırladaq ki, Yeni Zelandiyada son seçkilərlə bərabər keçirilən referendum zamanı marixuanadan istifadənin leqallaşdırılması məsələsi də səsverməyə çıxarılmışdı. Rəsmi açıqlamalara görə, seçicilərin 50,7 faizi bunun əleyhinə, 48,4 faizi isə lehinə səs veriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156990

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30